Özgür Özəl istintaqa cəlb olundu

Özgür Özəl istintaqa cəlb olundu

Ankara Baş Prokurorluğu tərəfindən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə bağlı istintaq başlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, buna səbəb CHP sədrinin Qaziosmanpaşada keçirdiyi mitinqdə İstanbul Baş prokuroru Akın Gürleklə bağlı səsləndirdiyi fikirlər olub.

Teqlər: