Özəl şirkətləri işçini işə götürməyə məcbur edə bilmərik – Agentlik sədri

Xəbər - İlhamə İsabalayeva – Trend:

İşsiz şəxslərin işlə təminatı üçün göndərişlər məşğulluq orqanları tərəfindən verilir. Lakin biz dövlət olaraq, özəl şirkətləri hər hansı bir işçinin işə götürülməsinə məcbur edə bilmərik.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, məşğulluq xidməti orqanları göndəriş verməli, işəgötürənlər isə bu göndərişə reaksiya verməlidir:

“Amma bundan sonrakı mərhələ – vətəndaşı işə qəbul edib-etməyəcəyi ilk növbədə vətəndaşın bilik və bacarığından və işəgötürənin həmin an həmin işçiyə ehtiyacının olub-olmamağından asılıdır”.

Teqlər: