Özəl sektordan vergi daxilolmaları 24 faiz artıb

2021-ci ildə özəl sektordan vergi daxilolmaları 24% artaraq 6,9 mlrd. manata çatıb.

Trend-in məlumatına görə, bunu “Twitter” hesabında iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.


Onun sözlərinə görə, qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 20,3% artaraq 4,8 mlrd. manat olub və cəmi qeyri-neft daxilolmalarında xüsusi çəkisi 75,5%-ə yüksəlib.

Teqlər: