Özəl orta məktəblərin sayı artırılmalıdır – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

Müəllimlər üçün əlavə iş yerləri yaratmaq və dövlətin təhsil yükünün azaldılması üçün özəl orta ümumtəhsil müəssisələrinin sayı artırılmalıdır.

Bunu Trend-ə açıqlamasında təhsil eksperti Şahlar Əsgərov deyib. O bildirib ki, bu, təhsilin keyfiyyətinin artmasına da müsbət təsir edə bilər.

“Özəl ümumtəhsil məktəbləri, özəl kolleclər yaratmaqla, cəmiyyətin hersabına uşaqları oxutmaq olar. Bu, müəllimlər üçün də əlavə iş yerlərinin yaranmasına töhfə verər” – deyə, ekspert bildirib.


Twitter:@cingizsafarli

Teqlər: