Özəl məktəbin şagirdləri koronavirusa yoluxdu, lakin sinif distant təhsilə keçmədi – SƏBƏB

Xəbər - Çingiz Səfərli – Trend:

Bakı Modern Təhsil Kompleksində iki şagird COVİD-19-a yoluxub, lakin həmin şagirdlərin təhsil aldığı siniflər bütövlükdə distant təhsilə keçməyib. Sadəcə koronavirusa yoluxan şagirdlər onlayn tədrisə cəlb olunub.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzerTimes-a açıqlama verib. O bildirib ki, bunu Gigiyena və Epidemiologiya mərkəzi müəyyənləşdirir:

“Dövlət məktəblərində bir qayda olaraq koronavirusa yoluxma halı baş verəndə, həmin sinif bir müddət distant təhsilə keçir və karantin dövründən sonra yenidən əyani təhsilə qayıdır. Görünür həmin özəl məktəbdə digər şagirdlər arasında yoluxma halı baş vermədiyindən distant formaya keçilməyib”.

Twitter: @cingizsafarli

Teqlər: