Özəl məhkəmə eksperti olmaq istəyənlərin nəzərinə!

Özəl məhkəmə eksperti olmaq istəyənlərin nəzərinə!

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiqlənib.

AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Siyahı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinin altıncı hissəsinə əsasən hazırlanıb.

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlər aşağıdakılardır:

1. məhkəmə ekspertizası və kriminalistika ixtisasları üzrə xarici ölkələrdə verilmiş elmi dərəcələri və elmi adları təsdiq edən diplomlar, attestatlar və ya digər sənədlər (nostrifikasiya olunmuş (ekvivalentliyi müəyyən edilmiş və tanınmış) və ya təkrar attestasiya əsasında tanınmış);

Aşağıdakı beynəlxalq təşkilatlar tərəfindən verilən və tam təlim proqramının bitirməsini təsdiq edən sertifikatlar və ya digər sənədlər:

1. Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA – Association of Chartered Certified Accountants) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;

2. Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA – American Institute of Certified Public Accountants) tərəfindən verilən Sertifikatlaşdırılmış İctimai Mühasib (Certified Public Accountant) sertifikatı;

3. Psixoloqlar Assosiasiyalarının Avropa Federasiyası (EFPA – European Federation of Psychologists Associations) tərəfindən verilən Psixologiya üzrə Avropa Sertifikatı (EuroPsy – European Certificate in Psychology);

4. CFA İnstitutu tərəfindən verilən Diplomlu Maliyyə Analitiki (CFA – Chartered Financial Analyst) sertifikatı;

5. Odlu Silah və Alət İzləri üzrə Ekspertlər Assosiasiyası (AFTE – Association of Firearm and Toolmark Examiners) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;

6. Elektronika Sahəsində Mütəxəssislər Assosiasiyası (ETA – Electronics Technicians Association) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;

7. Sistem Mühəndisliyi üzrə Beynəlxalq Şura (INCOSE – International Council on System Engineering) tərəfindən verilən Sistem Mühəndisliyi Sahəsində Yüksək İxtisaslı Mütəxəssis (ESEP – Expert Systems Engineering Professional) sertifikatı;

8. İdentifikasiya üzrə Beynəlxalq Assosiasiya (IAI – International Association for Identification) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;

Məhkəmə ekspertizası fəaliyyəti və kriminalistika sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq keçirilən məhkəmə ekspertizası ixtisası üzrə tam proqramı əhatə edən təlimlərin bitirməsini təsdiq edən sertifikatlar və ya digər sənədlər.

Teqlər: