Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəl CHP qərargahında görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Özəl Ərdoğanı CHP qərargahının qarşısında qarşılayıb.
Qeyd edək ki, bu, Ərdoğanın 18 il sonra CHP-nin qərargahına ilk gəlişidir.