Özəl baytarlıq xidmətlərinə keçid bu sahədə daha səmərəli işə səbəb olacaq – Nazir

Xəbər - Samir Əli – Trend:

Özəl baytarlıq xidmətlərinə keçid daha səmərəli baytarlıq xidmətinin göstərilməsinə səbəb olacaq.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, son illər aqrar sahədə davamlı islahatlar həyata keçirilir. Bu gün bu sahə yeni dinamik inkişaf mərhələsindədir: “Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşımıza qoyulan prioritet məsələlərdəndir.

Baytarlıq xidmətlərində islahatlar da gündəmdədir. Əsas məqsəd baytarlıq xidməti strukturunun bazar iqtisadiyyatına uyğun qurulmasıdır. Özəl xidmətlərə keçiddən sonra özəl baytarlar rəqabət sistemində çalışacaq. 798 baytarlıq xidmətində çalışan 1700-ə yaxın baytar özəl xidmət göstərəcək. Bu da bu sahənin inkişafına səbəb olacaq. Baytarlıq mütəxəssisləri daha yüksək gəlir əldə edəcək, gənc baytarlar yetişəcək və bu sahəyə maraq artacaq”.

Teqlər: