Özbəkistanın milli informasiya agentliyi “Türk dünyası” (Turkic.World) media platformasına qoşulub (FOTO)

Özbəkistanın “UzA” milli informasiya agentliyi Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group” şirkətinin təşəbbüsü ilə yaradılmış və türkdilli dövlətlərin xəbərlərini birləşdirən “Türk dünyası” (www.turkic.world) layihəsinə qoşulub.

Trend-in məlumatına görə, bundan sonra Turkic.World platformasında xəbərlər Azərbaycan, türk, qırğız, rus, ingilis, türkmən, qazax dilləri ilə yanaşı özbək dilində də dərc olunacaq.

Xatırladaq ki, Özbəkistanın “UzA” milli informasiya agentliyi ölkənin rəsmi informasiya mənbəyi və aparıcı informasiya agentliyidir.

“UzA” 100 ildən çoxdur ki, siyasət, iqtisadiyyat, təhsil, səhiyyə, idman, mədəniyyət və ictimai həyatın digər vacib sahələri barədə dəqiq və vaxtında informasiya təqdim edir.


Agentliyin xəbərləri özbək, rus, ingilis, fransız, alman, ispan, ərəb, qazax və Çin dillərində dərc olunur.

Qeyd edək ki, bu il mayın 24-də Bakıda “Türk dünyası” (www.turkic.world) unikal rəqəmsal media layihəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində türkdilli dövlətlərin səfirləri, diplomatlar, millət vəkilləri, media qurumlarının rəhbərləri iştirak ediblər.

Teqlər: