Xəbər - Sədrəddin Ağcayev – Trend:
Özbəkistanın “Uzbekistan Airways” aviaşirkəti Azərbaycana
müntəzəm reysləri bərpa edir.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından
bildiriblər.
Mənbənin sözlərinə görə, reyslər həftədə bir dəfə çərşənbə
axşamları həyata keçiriləcək.
“Birinci reys martın 15-ə planlaşdırılıb. “Uzbekistan Airways”
təyyarəsi Daşkənddən yerli vaxtla 14:40-da çıxacaq, Bakıya saat
16:35-də çatacaq. Əks istiqamətdə təyyarə Bakıda saat 17:35-də
havaya qalxaraq, saat 21:10-da Daşkəndə çatacaq”, – hava limanından
bildiriblər.
“Uzbekistan Airways”, həmçinin aprel ayında Daşkənd-Bakı
marşrutu ilə reyslərin sayını həftədə iki dəfəyə çatdıracaq.
Uçuşlar çərşənbə axşamı ilə yanaşı cümə axşamları da həyata
keçiriləcək.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)