Daşkənd və Özbəkistanın iki regionundakı yaşayış məntəqələrində zibillər klassik musiqi sədaları altında daşınıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Ekologiya, Ətraf mühit və İqlim dəyişikliyi Nazirliyi məlumat yayıb.
Məlumata görə, zibil daşıyan maşınların siqnallarına görə əhalinin şikayətlərindən sonra nazirlik yeni metod təklif edib.
“Məişət tullantılarının siqnalla deyil, klassik musiqi sədaları altında daşınması qərara alınıb”, – məlumatda qeyd olunub.