Özbəkistanda referendum keçirildi

Özbəkistanda referendum keçirildi

Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) bütün respublika üzrə başa çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Ümumilikdə Özbəkistanda saat 8:00-dan 20:00-a qədər (Bakı vaxtı ilə saat 7:00-dan 19:00-a qədər) 10,7 mindən çox seçki məntəqəsi açılıb. Bundan əlavə, Özbəkistanın 39 xarici ölkədəki diplomatik və digər nümayəndəliklərində 55 seçki məntəqəsi yaradılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, saat 17:00-a (Bakı vaxtı ilə 16:00) referendumda seçici fəallığı 81,39% təşkil edib.

Teqlər: