Özbəkistanda partlayış: 3700-dən çox bina zədələndi

Özbəkistanda partlayış: 3700-dən çox bina zədələndi

Oktyabrın 22-də Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətindəki anbarında partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.

AzerTimes xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər.

“Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib”, – məlumatda bildirilib.

Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.

Qeyd edək ki, baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb.

Teqlər: