Özbəkistanda etiraz aksiyası: Mirziyayev də gəldi

Özbəkistanda etiraz aksiyası: Mirziyayev də gəldi

Özbəkistan Prezidenti Şövkat Mirziyayev nümayişlərin keçirildiyi Nukus şəhərinə gəlib.

AzerTimes xəbər verir ki, prezidentin təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa eniş edib.

Qeyd edək ki, ötən gün Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunur.

Teqlər: