Özbəkistanda məşhur “GTA”, “The Sims” və 32 başqa kompüter oyunu qadağan edilib.
Özbəkistanın informasiya və kütləvi kommunikasiya sahəsindəki ekspert komissiyası adları sadalanan oyunların ölkə ərazisinə gətirilməsini və yayılmasını qadağan edib.
Gətirilməsi, hazırlanması və yayılması Özbəkistan ərazisində qadağan edilən 34 kompüter oyunu var. Oyunlar arasında “Grand Theft Auto: San Andreas”, “Mass effect”, “Dead space”, “Call of duty: Black ops”, “Silent Hill”, “Resident evil” kimi məşhur oyunlar var. “The Sims 3” və “The Sims 4” oyunları da siyahıya daxil edilib.
Bildirilir ki, bu oyunlar zorakılıq, pornoqrafiya təbliğatı, ölkədə ictimai-siyasi stabillik və təhlükəsizliyə xələl gətirmə, vətəndaş təhlükəsizliyi, beynəlxalq razılaşmaların pozulması, Özbəkistan haqqında düzgün olmayan məlumatın yayılması, onun tarixi və mənəvi dəyərlərinin təhrif edilməsinə səbəb olduğu üçün qadağan edilib.