Özbəkistanda ana qızını zooparkda ayı olan yerə atıb (VİDEO)

Özbəkistanın paytaxtı Daşkənddə yerləşən zooparkda ana qızını ayı olan yerə atıb.

AzerTimes-ın məlumatına görə, hadisə yanvarın 28-i yerli vaxtla saat 12:00 radələrində baş verib. Ziyarətçilər və zooparkın əməkdaşları onun qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər və uşaq beş metr hündürlükdən ayının yanına düşüb.

Ayı yerə düşən qıza yavaş-yavaş yaxınlaşıb, onu iyləyib və daha sonra uzaqlaşıb. Bundan sonra zoopark işçiləri ayını qapalı yerə salaraq içəri daxil olublar və uşağı oradan çıxararaq müayinə üçün həkimlərə veriblər.

Həkimlər qızın yırtıcı heyvanın dişlərindən deyil, yalnız hündürlükdən yıxılaraq zərər çəkdiyini bildiriblər və ilkin müayinə zamanı yüngül zədələr xaricində heç bir gözə çarpan ciddi xəsarət olmadığını müəyyən ediblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəbini öyrənməyə çalışırlar. Uşaq həkim nəzarətindədir.

Teqlər: