Özbəkistana gəlsəydi, Əsədin üzünə deyərdim – Ərdoğan

Özbəkistana gəlsəydi, Əsədin üzünə deyərdim – Ərdoğan

Bəşər Əsəd Özbəkistana gəlsəydi, onunla görüşərdim.

AzerTimes xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatı sammitində iştirak etmək üçün Özbəkistanda səfərə getməzdən öncə AKP-nin qapalı toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hurriyyət”in yaydığı məlumata görə, Ərdoğan partiyadaşlarına bildirib:

“Onun mövqeyinə görə Suriya parçalanmaq üzrədir. Hakimiyyətini saxlamaq üçün müxalifətlə müharibəyə getdi. İdarə etdiyi sahələri qorudu, amma böyük torpaqları qoruya bilmədi. Özbəkistana gəlsəydi, bunları onun üzünə deyərdim. Biz o zaman ona “belə etsəniz, Suriya parçalanacaq” demişdik. Amma bizim xəbərdarlıqlarımıza məhəl qoymadı, ABŞ-ın, Rusiyanın ölkəyə girəcəyini düşünmədi”, – Ərdoğan bildirib.

Teqlər: