Özbəkistan Zəngəzur dəhlizinin açılması tələbinə qoşuldu

Özbəkistan Zəngəzur dəhlizinin açılması tələbinə qoşuldu

Özbəkistan, Azərbaycan və Türkiyə Xarici İşlər, Ticarət/İqtisadiyyat və Nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Daşkənd Bəyannaməsinə Zəngəzur dəhlizi ilə bağlı bənd daxil edilib.

AzerTimes xəbər verir ki, bu barədə bəyanatın bəndlərinin birində qeyd olunub.

“Tərəflər (Özbəkistan, Azərbaycan və Türkiyə – red) beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzuru və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır, ümumi mövqelərin formalaşdırılması üçün koordinasiyanın gücləndirilməsini vacib sayırlar”, – bəyanatda bildirilir.

Teqlər: