Özbəkistan vətəndaşı Göyçayda qəzaya düşdü

Özbəkistan vətəndaşı Göyçayda qəzaya düşdü

Göyçayda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

Özbəkistan vətəndaşı Dastov Raxmat Temuroviçin idarə etdiyi MAN markalı yük avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardımın köməyilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Teqlər: