Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Astanaya dövlət səfəri çərçivəsində Qazaxıstan və Özbəkistan hakimiyyəti 15 sənəd imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan lideri Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, ölkələr arasında dövlət sərhədinin rejimi haqqında, kənd təsərrüfatı, səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişlər, həmçinin 2024-2025-ci illər üçün mədəni və humanitar əməkdaşlıq üzrə fəaliyyət planı da imzalanıb.