Özbəkistan Prezidenti Şövkət Mirziyayev Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanların müalicəsi üçün səhra hospitalı yaradılmasına göstəriş verib.
AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
Məlumata görə, Özbəkistan Müdafiə Nazirliyinin 71 nəfərdən ibarət hərbi tibb personalı səhra hospitalı qurulması üçün zəlzələ baş verən ərazilərə göndərilib.
Qeyd edək ki, Özbəkistan hökuməti əvvəllər 100 nəfərlik xilasetmə qrupu ilə humanitar yardım göndərmişdi.