Özbəkistan Prezidenti Şövkət Mirziyayev Türkiyə ilə hərbi çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Narodnoye slovo” məlumat yayıb.
Qeyd edilir ki, ratifikasiya haqqında qanunu parlamentin aşağı palatası qəbul edib və noyabr ayında Özbəkistan parlamentinin Senatı təsdiq edib.
Xatırladaq ki, müqavilə martın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri zamanı imzalanıb.