Özbəkistan Prezidenti Şövkət Mirziyayevin təyyarəsi Daşkəndə qayıtdıqdan bir neçə saat sonra yenidən Nukus şəhərinə uçub.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edək ki, ötən gün Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.