Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olub.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə,“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev səfirə ölkəmizdə fəaliyyət göstərən sənaye parkları və məhəllələri, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib. Səfir kənd təsərrüfatının inkişafında mühüm mexanizm olan aqroparklar barədə də məlumatlandırılıb, Özbəkistan iş adamları ölkəmizin sənaye parklarındakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.
Səfir Bahrom Aşrafxanov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, sənaye və kənd təsərrüfatının emalı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.