Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər

Özbəkistan ilin sonuna qədər koronavirusa qarşı öz peyvəndinin istehsalına başlaya bilər.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Abdulla Aripov bildirib.

Özbəkistanın İnnovasiya Nazirliyindən verilən məlumata görə, İnnovativ İnkişaf Nazirliyi yanında İnkişaf etmiş Texnologiyalar Mərkəzi və Elmlər Akademiyasının Genomika və Bioinformatika Mərkəzi tərəfindən hazırlanan koronavirusa qarşı iki peyvənd Ümumdunya Səhiyyə Nazirliyinin namizəd peyvəndləri siyahısına daxil edilib.


Peyvəndlər hazırda klinikadan əvvəl sınaqlardan keçir.