Özbəkistan bir sıra ölkələrlə hava əlaqəsinə tətbiq edilən məhdudiyyətlərin müddətini yenidən uzadıb.
AzerTimes-ın məlumatına görə, Böyük Britaniya, İtaliya, Almaniya, Danimarka, Avstriya, Avstraliya, Niderland və Cənubi Afrika ilə beynəlxalq uçuşlara (giriş, çıxış və tranzit) tətbiq edilən məhdudiyyətlər martın 1-nə qədər uzadılıb.
Xatırladaq ki, daha əvvəl məhdudiyyətlər dekabrın 21-dən yanvarın 10-na qədər tətbiq edilmişdi, daha sonra fevralın 1-nə qədər uzadılmışdı.