Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri ölkəmizə rəsmi səfərə gəlib

Mayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının
sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə
heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Özbəkistan
parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini
Əli Hüseynli, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn
Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər
qarsalayıblar.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkəmizdə bir
sıra rəsmi görüşlər keçirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak
edəcəkdir.

Rəsmi səfər mayın 19-da başa çatacaq.

Teqlər: