Türkiyə milli komandasının tanınmış futbolçusu Ozan Kabakın yeni komandası bəlli olub.
AzerTimes xəbər verir ki, türk futbolçu Almaniyanın “Hoffenhaym” klubunun şərəfini qoruyacaq.
Almaniya klubu O.Kabak üçün 7 milyon avro ödəyəcək.
Qeyd edək ki, türkiyəli futbolçu daha əvvəl “Qalatasaray”, “Ştutqart”, “Şalke 04”, “Liverpul” və “Norviç siti” klublarının formasını geyinib.