Bir qrup sıravi azərbaycanlı Fransa senatının 6 üzvünün ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə açıq şəkildə səslənib.
AzerTimes xəbər verir ki, Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib.
Onların petisiyasında qeyd edilir: “Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini təqdim etməyən sadə vətəndaşlar daha öncə heç bir zaman kollektiv şəkildə Fransanın parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bunu etməyə bizi 3 oktyabr 2022-ci il tarixində Senatın altı üzvü tərəfindən irəli sürülən qətnamə layihəsi sövq etdi, həmin qətnamənin nəzərdən keçirilməsi 15 noyabr tarixinə təyin edilib”.
Fransa Senatının qətnamə layihəsinin müəllifləri növbəti ittihamları və tələbləri irəli sürüblər:
– Azərbaycan “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edilir;
– Azərbaycandan Laçın dəhlizindən çıxmaq tələb edilir;
– Azərbaycan “irqçilikdə” ittiham edilir;
– Azərbaycan ermənilərin Qarabağa geri qayıtmaq “haqqının” təmin edilməsinə çağırılır;
– Azərbaycan Qarabağdakı “erməni mədəni və dini irsinin” qorunub-saxlanılmasına çağırılır;
– Fransa hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsində “kütləvi cinayətlər və hərbi cinayətlər” törədilməsinə dair ölkəmizi ittiham edir və istintaqın başladılmasına çağırış edir;
– Fransa hakimiyyəti “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” Avropa İttifaqı miqyasında başladılmasına çağırış edir;
– Fransa hakimiyyəti Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmağa çağırılır;
– Fransa hakimiyyəti Ermənistanın hərbi potensialının möhkəmlənməsinə çağırılır.
Buna cavab olaraq, bir qrup azərbaycanlı Fransa Senatının üzvlərinin Azərbaycan xalqına qarşı olan ədalətsiz münasibətinə görə petisiya imzalayıb və aşağıdakı və tələbləri səsləndirib:
– Senatın qətnamə layihəsinin müəllifləri sadəcə erməniləri dəstəkləyirlər, azərbaycanlıları kəskin şəkildə qınayır və diskriminasiya edirlər: bu, irqçiliyin nümayişidir!
– Fransa Senatı 30 ildir ki, 1.000.000-dan çox azərbaycanlı qaçqının geri qayıtmaq hüququ haqqında susurdu, indi isə Qarabağdan çox az sayda köç etmiş ermənilərin Qarabağa geri qayıtmasına çalışır;
– Fransa Senatı 30 il ərzində Azərbaycanın işğal olunmuş torpaqlarında məscidlərin, tarixi-memarlıq abidələrinin dağıdılmasının fərqinə varmırdı, indi isə erməni mədəni-tarixi irsinin qorunub-saxlanmasını tələb edir;
– Senatın qətnamə layihəsinin müəllifləri öz siyasi reytinqlərini artırmaq üçün Fransadakı erməni diasporunun nifrətindən istifadə etməyə çalışırlar, sülhü siyasi karyeralarına qurban berirlər;
– Fransa Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqeyindən əl çəkməli və daha balanslaşdırılmış mövqe almalıdır;
– Fransa Senatı danışıqlar prosesinə şans verməyə, Azərbaycana qarşı ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirməməyə çağırılır;
– Fransa Senatına izah edilir ki, Azərbaycana qarşı təhdidlər sülhə nail olmaq üçün töhfə vermir.
Bir qrup azərbaycanlının Fransa Senatına və xalqına müraciətinin tam mətni (Rus dilinə tərcümə)
Biz, 30 illik rüsvayçılıq və işğala laqeyd olmayan hər kəsə, şəhidlərimizi və Gəncədə həlak olmuş uşaqları unutmayan hər kəsə, “Xocalı soyqırımı”nın məna kəsb etdiyi hər kəsə, özünü azərbaycanlı hesab edən hər kəsə səslənirik! Gəlin hamımız Senata və Fransa xalqına yönəlmiş bu petisiyaya dəstək olaq!
Xüsusilə də, Avropaya ixrac edilən neft və qaza embarqo tətbiq edilməyi hər birimizə zərbə vuracaq – dövlət büdcəsinin, demək olar ki, yarısı enerji resurslarının satışından əldə olunan vəsaitlərlə formalaşır.
Biz milyonlarıq! Fransanın və bütün Avropanın, nəhayət, səsimizi eşitməsinin vaxtı gəldi!
PETİSİYANIN İMZALANMASI QAYDASI
Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.
Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:
https://www.mesopinions.com/…/appel-nom-peuple…/189012
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq