Oyunlar zamanı polislərə saqqız çeynəmək qadağan edildi

Oyunlar zamanı polislərə saqqız çeynəmək qadağan edildi

Fransa polis zabitlərinə qarşıdan gələn Olimpiya Oyunlarında “Fransanın müsbət imici” üçün vəzifə yerinə yetirərkən saqqız çeynəmək qadağan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanin deyib.

“Heç bir saqqız olmayacaq, biz telefonlara baxmırıq, insanları salamlayırıq və bütün vəziyyətlərdə sakitliyimizi qoruyuruq. Bir-iki nəfərin özünü yaxşı aparmaması kifayətdir ki, qəzetlərin manşetlərinə düşək”, – o bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları qonaqpərvər Fransa imicini qoruyub saxlamalıdırlar.

Oyunların təhlükəsizliyini təmin etmək üçün hər gün orta hesabla 35 minə yaxın polis və jandarm (açılış mərasimində 45 minə qədər) və 18 min əsgər səfərbər olunacaq.

Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Teqlər: