Oyundan sonra futbolçularıma təşəkkür etdim, onlara fantastik çıxış etdiklərini dedim.
AzerTimes xəbər verir ki, bunu Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olduqları “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
59 yaşlı yaponiyalı mütəxəssis qarşılaşmanı dəyərləndirib:
“Məğlub olduğumuz üçün məyusam. Yaxşı rəqiblə oynayırdıq. 90 dəqiqə qol buraxmadıq. Müdafiədə yaxşı idik, ancaq bu da azdır. Hücuma da çıxmaq lazımdır. Kiçik addımlarla irəliləməliyik”.
Qeyd edək ki, Monqolustan millisi növbəti oyununu martın 25-də “Liv Bona Dea Arena”da Tanzaniyaya qarşı keçirəcək.