Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsi davam edir – Nazirlik

Azərbaycanın Oxçuçay çayı ermənilər tərəfindən çirkləndirilməsi
davam edir.

Bunu AzerTimes-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra
Tağıyeva deyib.

O bildirib ki, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq
keçirilib.

“Nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər
aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb. Su
nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən
çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi
analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7
dəfə çoxdur. Təəssüflər olsun ki, çirkələnmələr bu gün də davam
edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi
hazırda 5, 5-7 dəfə çoxdur”, – U.Tağıyeva bildirib.

Teqlər: