Övladlarını boğub, soyuducuda donduran ana həbs edildi

Övladlarını boğub, soyuducuda donduran ana həbs edildi

Fransanın Lorient bölgəsində 50 yaşlı qadının övladlarını boğub soyuducuda saxladığı məlum olub.  

İşlədiyi balıqçı qayığının soyuducusundan donmuş körpə cəsədi tapılandan sonra qadının evində axtarış həyata keçirilib və daha 2 uşaq cəsədi tapılıb. Bölgə prokuroru qadının doğuşdan sonra uşaqları yastıqla boğub öldürdüyü, sonra isə dondurduğunu deyib. Körpələrin doğuş zamanı ölmədikləri məlum olub. Cinayətlərin 1998, 1999 və 2003-cü illərdə törədildiyi bildirilir.

50 yaşlı qadının 25 yaşında bir oğlu da var.

Qeyd edək ki, Fransada bir müddət əvvəl də oxşar hadisə baş vermiş, ananın dünyaya gətirdiyi körpələri öldürüb dondurması ölkədə böyük səs-küyə səbəb olmuşdu.