Övladlarımızla fəxr edir, Zəfərimizlə qürur duyuruq – Şəhid valideynləri (FOTO/VİDEO)

Xəbər - Humay Ağacanova – Trend:

44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Azərbaycan dövləti hər zaman şəhidlərə, şəhid ailələrinə, qazilərə, qazi ailələrinə, bütövlükdə Vətən Müharibəsi iştirakçılarına diqqət, qayğı, ehtiram, həssas münasibət göstərib, bu gün də göstərməkdədir.

Düşüncələrini AzerTimes-lə bölüşən şəhid valideynləri övladları ilə qürur duyduqlarını bildirib:

“Hərbçilərimiz, həkimlərimiz, xalqımızın hər bir nümayəndəsi müharibədə bir yumruq olub, düşmənə ağır zərbə endirdilər. Fəxr edirik ki, Vətən torpağı uğrunda qəhrəmancasına şəhid olan övladlar yetişdirmişik. Onların qəhrəmanlığı sayəsində başımız dik, alnımız açıqdır”


Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Teqlər: