Övladını suda boğan türkiyəlinin məhkəməsi başlayır

Övladını suda boğan türkiyəlinin məhkəməsi başlayır

Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.

AzerTimes Report-a istinadən xəbər verir ki, istintaqı tamamlanan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rəşad Əliyevin icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumatda bu ilin mart ayının 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməkdə şübhəli bilinib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Teqlər: