Overçuk da İrəvana gəldi – Ermənilərin şok reaksiyası

Overçuk da İrəvana gəldi – Ermənilərin şok reaksiyası

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanda səfərdə olduğu vaxt Rusiya Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti də İrəvana gəlib.

AzerTimes xəbər verir ki, Rusiya nümayəndə heyətinin səfərinin məqsədi 9-cu Rusiya-Ermənistan Regionlararası Forumunda iştirak etməkdir.

Overçuk deyib ki, səfərin hədəfi Ermənistanla tarixi yaxınlığımızı vurğulamaq, xalqlarımız arasındakı münasibətləri və iqtisadi əlaqələri gücləndirməkdir:

“Məqsəd – Rusiya və Ermənistanın qarşısında dayanan iqtisadi məsələləri praktik olaraq həll etməkdir. Bu, təkcə gəlişigözəl sözlər, nəzəriyyə və vəd deyil, ölkələrimizin insanlarının maraqlarına uyğun real işdir”.

O əlavə edib ki, tərəflər bütün səviyyələrdə – Rusiyanın regionlarında və Ermənistanın vilayətlərində, biznes və ekspert icmalarında, dövlət qurumlarında ardıcıl və davamlı işləyirlər.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin səfəri Pelosinin səfəri fonunda itib-batıb. Overçukun çıxışını da erməni mediası heç də həvəslə tirajlamır.

Əvəzində isə Pelosini qarşılamağa minlərlə erməni çıxır, eyni zamanda, hazırda İrəvanın müxtəlif məkanlarında iki izdihamlı aksiya keçirilir – biri Pelosinin İrəvana səfərinə dəstək, digəri isə Ermənistanın Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxması tələbidir.

Teqlər: