Kanadanın paytaxtı Ottavada baş verən silahlı atışma nəticəsində azı 5 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə CTV məlumat yayıb.
Atışmanın milli parlament binaları kompleksinin yaxınlığında baş verdiyi deyilir.
Hadisə yerinə gələn polis əməkdaşları ərazidə 3 yaralı şəxsin olduğunu müəyyən ediblər.
Daha sonra isə 2 nəfər də tibbi yardımla bağlı xəstəxanaya müraciət edib.
Hadisənin təfərrüatları araşdırılır.