Ötən ilin məzunlarına qəbul imtahanlarında iştirak üçün möhlət verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə
(SHXÇDX) daxil olan çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq,
təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini rəhbər
tutmaqla vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi
məqsədilə 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı
müəyyən dəyişikliklər edilib.

Trend xəbər
verir ki, 18 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq
əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün
imkan yaradılıb.

Ali məktəblərə sənəd qəbulu zamanı qeyd olunan kateqoriyadan
olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid
elektron informasiya sisteminə heç bir sorğu edilmədən
“Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.

Teqlər: