Ötən ilin eyni dövrü ilə müqayisədə hotellərdə canlanma müşahidə olunur – Assosiasiya

Pandemiya bütün sahələr kimi, turizm, xidmət sahələri, xüsusən
də hotellərin fəaliyyətinə öz təsirini göstərdi. Ölkəmizdə sərt
karantin qaydaları artıq yumşaldılıb. Bəs, hazırda fəaliyyət
göstərən hotellərdə vəziyyət necədir?

Bununla bağlı Azərbaycan Hotellər və Restoranlar
Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm
Assosiasiyasının icraçı direktoru Samir Dübəndi
Trend
-ə bildirib ki, pandemiya səbəbindən tətbiq olunan sərt
karantin tədbirləri turizm və hotelçiliyə böyük ziyan vurub.

Assosiasiya rəhbəri deyib ki, bu ilin statistik rəqəmləri ilə
ötən ilin eyni dövrünü müqayisə etsək, hotellərdə yerləşmədə artım
olduğunu müşahidə edirik.

“Paytaxtda və regionlarda fəaliyyət göstərən hotellərin
əksəriyyətində turistləri və yerli qonaqları qəbul etmək üçün
şərait var. Bu il əvvəlki iki illə müqayisədə hotel biznesində
canlanma var. Bunun da əsas səbəbi pandemiya qaydalarının nisbətən
yumşaldılmasıdır. Bütün bunlar turizmin tam bərpa olunması demək
deyil. Yumşalmalara baxmayaraq, ölkəmizə gələn turistlərin sayı
pandemiyadan qabaq gələnlərin sayına çatmır. Azərbaycan
pandemiyadan əvvəl bir neçə il turist axını yaşadı. Ölkəmizə gələn
turistlərə görə paytaxtda və regionlarda hotellər tikilmiş,
hotelçilik fəaliyyəti ilə məşğul olan insanların sayı sürətlə
artmışdı. Ümid edirik ki, pandemiya bitdikdən sonra turizm və
hotelçilik əvvəlki vəziyyətinə qayıdacaq”, – deyə S.Dübəndi
bildirib.

Teqlər: