İstedadlı gənc rejissor Cəlal Kəngərli 2021-ci ilə Azərbaycanın
super ulduzlarına çəkdiyi fərqli tərzdə kliplərlə səs salmışdır.
Ulduzların siyahısına Röya Ayxan, Tünzalə Ağayeva, Zülfiyyə
Xanbabayeva, Safura Əlizadə, Zamiq Hüseynov, Abbas Bağırov, Xəyyam
Nisanov və başqaları daxildir.
Ötən il Cəlal Kəngərlinin rejissor kimi ilk layihəsi Şuşa
şəhərinin işğaldan azad edilməsi münasibətilə çəkilən “Şuşa evinə
qayıdır” olub. Layihədə xalq artistləri Zülfiyyə Xanbabayeva,
Tünzalə Ağayeva, əməkdar artistlər Abbas Bağırov və Xəyyam Nisanov
iştirak etmişdir.
2021-ci ildə müğənni Zamiq Hüseynov maraqlı süjet xəttinə malik
və Sevgililər Gününə həsr olunan “Son nəfəsimizə qədər” adlı
klipinin rejissoruluğunu Cəlal Kəngərliyə tapşırıb.
2021-ci ilin martında xalq artisti Tünzalə Ağayevanın “Mənim
əsgər sevgilim” adlı mahnısına çəkdirdiyi klipdə rejissor pultu
arxasında Cəlal Kəngərli olmuşdur. İyun ayında isə “Yol açıqdır”
adlı fərqli tərzdə çəkilmiş ekran işinin müəllifi də Cəlal
olub.
Ötən il Röya Ayxan “Sənə qədər” ifasının ekranlaşdırmasını Cəlal
Kəngərliyə həvalə etmişdir. 2021-ci ilin 5 mayında Youtube
portalında yayımlanan klipin ümumi izlənməsi 2.4 milyonu keçib.
2021-ci ildə avroviziya təmsilçilərimizdən olan Safura Əlizadə
uzun fasilədən sonra yeni albomla gündəmə gəldi. Alboma daxil olan “Ağla” adlı mahnıya çəkilmiş klipin rejissoru da məhz Cəlal
oldu.