Xəbər - Samir Əli – Trend:
Ötən il yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 721 piyadavurma hadisəsi qeydə alınıb. Bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 345 piyada ölüb.