Ötən il yeni silahlar və texnikalar alınıb – Baş nazir

Azərbaycanın müdafiə və hərbi qabiliyyətinin gücləndirilməsi
istiqamətində ötən il zəruri tədbirlər görülüb.

AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.

Baş nazir bildirib ki, bu məqsədlə ötən il yeni silahlar və
texnikalar alınıb, ordunun maddi-texniki bazası daha ga
gücləndirilib.

“Ordunun peşəkarlığının artırılması istiqamətində mühüm
tədbirlər görülüb, bu baxımdan Komando hərbi hissələrinin
yaradılmasını xüsusi qeyd etmək lazımdır”, – Ə.Əsədov deyib.

Teqlər: