Ötən il xarici kəşfiyyata casusluq edən 5 nəfər saxlanılıb – DSX

Ötən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.


terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılmış, bu qəbildən olan daha 11 nəfər müəyyən edilmiş, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmal­çılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmiş, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılmışdır”,- deyə məlumatda qeyd olunub.

Teqlər: