Ötən il xaricə yarım milyardlıq meyvə ixrac olunub

Ötən il xaricə yarım milyardlıq meyvə ixrac olunub

2022-ci ildə Azərbaycandan xarici ölkələrə təxminən 450 milyon dollar dəyərində meyvə ixrac olunub.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq göstəricisindən 9,4% çoxdur:

“İxrac olunan məhsulun həcmində də artım var. Ötən il ölkədən ümumilikdə 396 min tona yaxın meyvə ixrac olunub ki, bu da 2021-ci ilin göstəricisinə nisbətən 5,6% çoxdur”

Teqlər: