Xəbər - Humay Ağacanova – Trend
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə son 3 ildə 30-dək e-arayış xidməti istifadəyə verilib.
Nazirlikdən AzerTimes-a bildirilib ki,bununla da vətəndaşlara sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə etmək imkanları yaradılıb. Ötən il həmin e-xidmətlər vasitəsilə 568 min e-arayış verilib.
Ən çox müraciət “İş yerinə dair arayış” (266908 min müraciət) və “Əlilliyə dair arayış” (220117 min müraciət) e-xidmətlərinə olub. Həmçinin məşğulluğa, pensiya, müavinət və təqaüdlə təmin edilməyə dair e-arayış xidmətləri də ən çox müraciət olunan e-xidmətlər sırasındadır.