Ötən il sərhədini pozduqlarına görə 456 nəfər saxlanılıb, 5 nəfər məhv edilib

Ötən il dövlət sərhədini pozduqlarına görə 456 nəfər saxlanılıb, 5 sərhəd pozucusu məhv edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyilib.

Qeyd edilib ki, 2021-ci ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd reji­mini pozduq­larına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, giz­li şəkildə sərhəd nəzarəti mən­təqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılmışdır;


sərhəd naryadları tərəfindən sərhəd pozucu­ları­na qarşı təli­mata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanmış, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilmişdir.

Teqlər: