Xəbər - Nəzrin İsrafilova – Trend:
2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu ümumi dəyəri 287,7 milyon manat olan 1 902 layihə üzrə 130,6 milyon manat məbləğində güzəştli kredit təqdim edib.
Trend-in məlumatına görə, bunu Fondun İdarə heyəti sədri vəzifələrini icra edən Osman Xaliyev 2021-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.
“2021-ci ildə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin dəstək mexanizmləri üç istiqamət üzrə oub. Bu, güzəştli kreditlər, pandemiyadan zərər çəkmiş sahələrə dövlət təminatlı kreditlər və pandemiyadan zərər çəkmiş sahələrin mövcud kredit portfelinə subsidiyalardır”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)