Xəbər - Çingiz Səfərli – Trend:
2020-ci ildə “Şahdəniz” yatağının “Alfa” və “Bravo” platformalarından təqribən 18,1 milyard kubmetr qaz və 3,6 milyon ton kondensat hasil edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında qeyd olunub.
Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) kubmetr qaz həcmindədir.
Eyni zamanda, 2020-ci il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 1 milyard ABŞ dollarından artıq əməliyyat xərcləri və 942 milyon ABŞ dolları əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz-2 layihəsinə aid olub.
Twitter: @cingizsafarli