Prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.
K.Əliyev bildirib ki, bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.