Ötən il qanunsuz balıq ovu ilə bağlı 102 cinayət işi başlanıb

Xəbər - Samir Əli – Trend:

Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2020-ci il ərzində bu istiqamətdə görülmüş tədbirlər nəticəsində qanunsuz ağac kəsməyə görə 74, balıq və başqa su heyvanlarını tutmağa görə 102, qanunsuz ovla bağlı 4 fakt üzrə cinayət işi başlanılıb.

Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 1000 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq olunan cərimələr 64 min 75 manat təşkil edib.

Teqlər: